Badminton üzrə yarışların final mərhələsi keçirilir

24 İyun, 2026 - 10:52
Badminton üzrə yarışların final mərhələsi keçirilir

Bu gün 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya  Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbində Məktəblilərin Respublika İdman Olimpiadası  (MRİO) çərçivəsində badminton üzrə yarışların final mərhələsi keçirilir.

“Azərbaycan müəllimi” xəbər verir ki, 7 idman məktəbindən ümumilikdə 129 badmintonçunun qatıldığı yarış 4 gün davam edib.Sonuncu final mərhələsində 68 oğlan və 61 qız iştirakçı arasından şəxsi, qoşa və qarışıq qoşa kateqoriyaları üzrə qaliblər müəyyənləşdirilərək təltif olunacaqlar.

Qeyd edək ki, Məktəblilərin Respublika İdman Olimpiadası Elm və Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və müvafiq idman federasiyalarının dəstəyi ilə ölkədə ilk dəfə keçirilir. Bu layihə məktəblilər arasında respublika səviyyəsində təşkil olunan ilk genişmiqyaslı idman tədbiridir.

Olimpiadanın əsas məqsədi məktəblilər arasında idmanın inkişafına töhfə vermək, sağlam həyat tərzini təşviq etmək, fiziki hazırlıq səviyyəsini yüksəltmək, istedadlı gəncləri üzə çıxarmaq və onların gələcək inkişaf perspektivlərini dəstəkləməkdir.