Bağça müəllimi etik normalara uyğun olmayan davranışlarına görə işdən azad edilib

21 Yanvar, 2026 - 20:01
Bağça müəllimi etik normalara uyğun olmayan davranışlarına görə işdən azad edilib

Abşeron rayon Qobu qəsəbə 16 nömrəli körpələr evi–uşaq bağçasının musiqi müəllimi Əsgərova Elnarə Tahir qızı ilə bağlı sosial şəbəkələrdə yayılan uyğunsuz görüntülərlə bağlı aidiyyəti araşdırma aparılıb.

Bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsindən "Azərbaycan müəllimi"nə məlumat verilib.

Bildirilib ki, aparılan araşdırmanın nəticələrinə əsasən, görüntülərdəki davranışın etik və pedaqoji normalara uyğun olmadığı nəzərə alınaraq, musiqi müəllimi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə qərar qəbul edilib.