Qatarların doluluğunu süni intellekt proqnozlaşdıracaq – Yeni yarışa start verildi
Milli Süni İntellekt Mərkəzinin "DataRace" platformasında “Azərbaycan Dəmir Yolları” QSC (ADY) ilə birgə ikinci süni intellekt yarışı start götürüb.
"Azərbaycan müəllimi" xəbər verir ki, onlayn formatda keçirilən müsabiqədə iştirakçılar real tarixi məlumatlar əsasında daxili sərnişin qatarlarında stansiyalararası yol hissələri üzrə yer doluluğunu proqnozlaşdıran modellər hazırlayacaqlar. Yarış tələbələrə, tədqiqatçılara və süni intellekt həvəskarlarına biliklərini real praktiki tapşırıq üzərində sınamaq imkanı verir.
Qaliblər üçün nəzərdə tutulan mükafatlar:
• 1-ci yer: 15″ MacBook Air M5 (16 GB / 1 TB SSD);
• 2-ci yer: 15″ MacBook Air M5 (16 GB / 512 GB SSD);
• 3-cü yer: 13″ MacBook Air M5 (16 GB / 512 GB SSD).
Yarışa qoşulmaq və həlləri təqdim etmək üçün son tarix 30 noyabr 2026-cı il, saat 15:00-dır.
Ətraflı məlumat və qaydalar üçün linkə daxil ola bilərsiniz.




