Bir şagirdin təşəbbüsü ilə uşaqlar üçün kosmosun qapıları açılır

16 Noyabr, 2026 - 08:49
Bir şagirdin təşəbbüsü ilə uşaqlar üçün kosmosun qapıları açılır

Uşaqların elm, kosmos və texnologiya sahələrinə marağının artırılması məqsədilə yeni təhsil təşəbbüs həyata keçiriləcək.

"Azərbaycan müəllimi" xəbər verir ki, "Train Brain" Tədris Mərkəzinin şagirdi Serkan Arxməmmədov "NASA ASTRO CAMP® Community Partnership" proqramı çərçivəsində uşaq evində elmi təhsil düşərgəsi təşkil edəcək.

Təşəbbüsün əsas məqsədi uşaqların STEAM (elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat) istiqamətləri üzrə bilik və bacarıqlarının inkişafına dəstək göstərmək, onların müasir elmi və texnoloji yeniliklərlə tanışlığına şərait yaratmaqdır.

Layihə çərçivəsində uşaq evinə 10 ədəd kompüter də hədiyyə edilib. "Train Brain" Tədris Mərkəzindən verilən məlumata görə, S.Arxməmmədov proqram çərçivəsində "Student Initiative Lead" kimi fəaliyyət göstərir. O, əldə etdiyi bilik və təcrübəni digər uşaqlarla bölüşmək məqsədilə düşərgəni könüllülük və sosial məsuliyyət prinsipləri əsasında həyata keçirir.

Qeyd edək ki, "Train Brain" Tədris Mərkəzi Azərbaycanda "NASA ASTRO CAMP® Community Partnership" proqramının ilk rəsmi tərəfdaşıdır. Proqram uşaqların astronomiya, kosmos elmləri, mühəndislik və texnologiya sahələrinə marağının artırılmasını nəzərdə tutur.

Mərkəz robototexnika sahəsində də müxtəlif beynəlxalq layihələrdə iştirak edir. Belə ki, "Train Brain"in təşəbbüsü ilə yaradılmış "MecHack 9030" komandası "FIRST Robotics Competition (FRC)" yarışlarında Azərbaycanı təmsil edib, regional mərhələlərdə mükafatlar qazanıb və "FIRST Dünya Çempionatı"nda iştirak hüququ əldə edib.

"Train Brain"in təsisçisi və rəhbəri Təranə Nəbiyeva bildirib ki, şagirdlərin beynəlxalq proqramlarda qazandıqları təcrübəni sosial təşəbbüslərə çevirməsi təhsil prosesinin mühüm nəticələrindən biridir.

“Bizim üçün uğur yalnız beynəlxalq mükafatlar və əldə olunan nəticələrlə ölçülmür. Ən böyük uğurumuz yetişdirdiyimiz gənclərin özlərinin yeni təşəbbüslər irəli sürməsidir. Serkanın bu addımı da həmin yanaşmanın nəticəsidir. İnanırıq ki, hər bir uşağın böyük xəyallar qurmaq və onları reallaşdırmaq üçün imkan əldə etmək hüququ var”, – deyə T.Nəbiyeva qeyd edib.

Bildirilib ki, gələcəkdə oxşar təhsil təşəbbüslərinin əhatə dairəsinin genişləndirilməsi və beynəlxalq STEAM proqramlarının daha çox uşaq üçün əlçatan olması nəzərdə tutulur.