Bağça müəllimlərinin sertifikasiya imtahanlarının vaxtı bilindimi? - Açıqlama - Açıqlama
“Ötən ildən məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin və metodistlərin sertifikatlaşdırılması ilə bağlı məzmunun hazırlanmasına başlamışıq. Peşəkar inkişaf ehtiyacları nəzərə alınaraq qiymətləndirmə çərçivəsi hazırlanır və qısa müddət ərzində ictimaiyyətə elan ediləcək”.
Bu fikirləri “Azərbaycan müəllimi”nə açıqlamasında ARTİ-nin Təhsilverənlərin Peşəkar İnkişafı Mərkəzinin direktoru Nəzakət Mehdiyeva səsləndirib.
N.Mehdiyeva həmçinin bildirib ki, məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin və metodistlərin sertifikatlaşdırılma imtahanlarının vaxtı hələ müəyyənləşdirilməyib: “Lakin qiymətləndirmə çərçivəsi imtahanlardan xeyli əvvəl təqdim ediləcək ki, tərbiyəçi-müəllimlər ondan faydalana bilsinlər. Çərçivə böyük bir işçi qrup tərəfindən hazırlanır. Orada müxtəlif mütəxəssislər, pedaqoqlar, məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri və tərbiyəçi-müəllimlər də yer alır.
Qiymətləndirmə çərçivəsində məzmun və metodika, pedaqoju və psixoloji yanaşmalar yer alacaq. Məktəbəqədər təhsilin məzmunu metodika ilə bağlıdır, çünki burada ümumtəhsil müəssisələrində olduğu kimi ayrı-ayrı fənlərdən söhbət getmir. Burada əsas müxtəlif yanaşmalar, uşaqla işləməyin yolları və s. məzmun və metodikasında yer alacaq”.
-
MöminəŞamaxı21 gün əvvəlCavablaLike (0) -
Gülnar NəsirovaMəktəbəqədər təhsil seyfikasiya hansı ayda olacaq25 gün əvvəlCavablaLike (0) -
Gülnar NəsirovaMəktəbəqədər üçün çərçivəsində kitab25 gün əvvəlCavablaLike (0) -
MəsməYeni işə girənlər könüllü şəkildə imtahanda iştirak edə bilərlər?25 gün əvvəlCavablaLike (0) -
TəranəNə vaxt olacax25 gün əvvəlCavablaLike (0) -
Nigar İsazadəSalam her vaxtınız xeyir, mən Lənkərandan narahat edirəm sizi üzürlü sayın. Miq imtahanı keçən il avqustda oldu bu il də o vaxtlar olacaq? Və deyilənlərə görə ödəniş olacaq imtahan üçün. O ödəniş nə qədər məbləğdədir? Cavablasanızda cavablamasanızda indidən təşəkkürlər 🌸✨25 gün əvvəlCavablaLike (0)



