Bağçalardakı süni qiymət artımı ilə bağlı AÇIQLAMA
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu məktəbəqədər təhsil sahəsində valideyn-özəl-dövlət əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi nəticəsində bağçalarda süni qiymət artımı məsələsinə münasibət bildirib.
“Azərbaycan müəllimi”nin məlumatına görə, V.Yaqublu bildirib ki, özəl müəssisə xidmət haqqını artırdıqca onun müsabiqə qalibi olma, təhsil alan uşaq qazanmaq şansı azalır:
“Bunu özəl müəssisələr yaxşı bilirlər. Hesab edirəm ki, burada elə bir güclü qiymət artımı olmayacaq”.
Direktor müavininin sözlərinə görə, valideynlərin daha çox seçimi olacaq ki, bir neçə müəssisə arasından daha uyğun xidmət haqqı təklif edənlə müqavilə bağlasınlar.




