Bağçalara növbəyə yazılma prosesi davam edir
7 iyul 2026-cı il, saat 11:00-dan başlayan məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesi davam edir. Qəbul prosesi myGov portalı vasitəsilə elektron qaydada həyata keçirilir.
"Azərbaycan müəllimi" xəbər verir ki, məktəbəqədər təhsil müəssisələrinə qəbul sistemində növbə yaradarkən bir uşaq üçün maksimum üç məktəbəqədər təhsil müəssisəsini seçmək mümkündür. Mövcud növbələrin boş yer olduğu halda sorğuya çevrilməsi prosesi minimum beş gündən sonra həyata keçiriləcək.
Qeyd edək ki, uşaqların məktəbəqədər təhsil müəssisələrində boş yerlərə qəbulu il boyu davam etdiriləcək.




