Bağçalarda ilk akkreditasiya bu ilin sonunadək keçiriləcək

3 Oktyabr, 2026 - 14:37
Bağçalarda ilk akkreditasiya bu ilin sonunadək keçiriləcək

Bu ilin sonunadək bir məktəbəqədər təhsil müəssisəsində pilot akkreditasiyanın həyata keçirilməsi planlaşdırılır.

Bunu “Azərbaycan müəllimi”nə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədov bildirib.

O qeyd edib ki, məktəbəqədər təhsil müəssisələrində keyfiyyətin yüksəldilməsi üçün müvafiq təlim və dəstəyin göstərilməsi, daxili keyfiyyət təminatının qurulması istiqamətində iş aparılır: 

“Məktəbəqədər təhsil müəssisəsində pilot akkreditasiyasının keçirilməsi üçün agentlik olaraq üzərimizə düşən öhdəliklərin icrası istiqamətində fəaliyyətimizi davam etdiririk”.

Agentlik sədri onu da vurğulayıb ki, 2022–2026-cı illəri əhatə edən sosial-iqtisadi inkişaf strategiyasında məktəbəqədər təhsil müəssisələrində keyfiyyət göstəricilərinin yaxşılaşdırılması mühüm yer tutur:

“Son dörd ildə məktəbəqədər təhsil müəssisələrində keyfiyyət monitorinqləri həyata keçiririk. Cari ilin sonunadək 350 müəssisədə monitorinqin aparılması nəzərdə tutulub”.