Bakı Ali Neft Məktəbində “Açıq qapı” günü olacaq

28 Aprel, 2025 - 11:37
Bakı Ali Neft Məktəbində “Açıq qapı” günü olacaq

Mayın 5-də SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) “Açıq qapı” günü keçiriləcək.

Ali məktəbdən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, tədbirdə ali təhsil almaq istəyən gənclərə BANM-in tədris proqramları, kafedraları və imkanları ilə yaxından tanış olmaq imkanı yaradılacaq. Kampus turu və məlumat sessiyaları sayəsində, BANM-in tədris mühiti və imkanları haqqında ətraflı məlumat veriləcək.

Tədbirə qatılmaq istəyənlərə öncədən qeydiyyatdan keçmələri tövsiyə olunur.

Qeydiyyatdan bu link vasitəsilə keçmək olar.

Bakı Ali Neft Məktəbində “Açıq qapı” günü olacaq
Bakı Ali Neft Məktəbində “Açıq qapı” günü olacaq
Bakı Ali Neft Məktəbində “Açıq qapı” günü olacaq