Bakı Ali Neft Məktəbinin komandası beynəlxalq hakatonda qalib olub

3 Aprel, 2025 - 14:57
Bakı Ali Neft Məktəbinin komandası beynəlxalq hakatonda qalib olub
Bakı Ali Neft Məktəbinin komandası beynəlxalq hakatonda qalib olub

Bakı Ali Neft Məktəbinin (BANM) “Techno - BHOS” komandası beynəlxalq “Teens in AI IWD Azerbaijan’25” hakatonunda ll yerə layiq görülüb.

Bu barədə “Azərbaycan müəllimi”nə BANM-dən məlumat verilib.

Komandanın üzvləri:

Məhin Əliyeva – “İnformasiya təhlükəsizliyi” ll kurs

Aytac Abdullayeva – “İnformasiya təhlükəsizliyi” ll kurs

Əvəz Əsgərov – “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” lll kurs

Vüsal Məmmədli – “Biznesin idarə edilməsi” lll kurs

Mentoru isə İnnovasiya və Tədqiqatlar Mərkəzinin rəhbəri Emiliya Əhmədovadır.

“NeuroVerse” tələbələrin diqqət səviyyəsini real vaxtda izləyən və EEG sensorları ilə süni intellekti birləşdirən ağıllı öyrənmə platformasıdır. Sistem beyin fəaliyyətinə əsasən dərs formatını (interaktiv kontent, video, audio) avtomatik dəyişir, beləliklə, diqqəti artırır. Müəllimlər üçün isə fərdi yanaşma imkanı yaradan canlı performans hesabatları təqdim edir.

Bu layihə BMT-nin SDG 4: Keyfiyyətli Təhsil məqsədini dəstəkləyərək süni intellektin sosial faydalarına töhfə verməyi hədəfləyir.