Bakıda 46 mindən çox şagird yerdəyişmə edib

22 İyun, 2026 - 12:16
Bakıda 46 mindən çox şagird yerdəyişmə edib

46 mindən çox şagirdin elektron sistem vasitəsilə yerdəyişməsi aparılıb.

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "Azərbaycan müəllimi"nə məlumat verilib.

Bildirilib ki, tədris ili ərzində BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə 46 531 şagirdin elektron sistem (sy.edu.az) vasitəsilə bir məktəbdən digərinə yerdəyişməsi aparılıb.

Elektron sistem vasitəsilə şagird yerdəyişməsi valideynlərin rahatlığına, prosesin daha şəffaf və operativ həyata keçirilməsinə, əlavə vaxt itkisinin qarşısının alınmasına, ümumi tənzimlənmədə subyektiv amillərin aradan qaldırılmasına imkan verir.