Bakının ən yaxşı məktəblərinin siyahısı açıqlanıb
2024-cü ildə buraxılış və ali məktəblərə qəbul göstəricilərinə görə Bakının ən yaxşı məktəblərinin siyahısı açıqlanıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin respublika üzrə bütün orta məktəb məzunlarının 2024-cü ildə keçirilən buraxılış və qəbul imtahanlarındakı göstəricilərini əks etdirən statistik məlumatlarda qeyd edilib.
Məlumatlara görə, respublika üzrə yaxşı məktəblərin sırasına bu il Bakının İ.Əfəndiyev adına "Elitar" gimnaziya, 160 nömrəli klassik gimnaziya, Humanitar fənlər təmayüllü məktəb-lisey, Texniki humanitar lisey, 2 nömrəli texniki-humanitar lisey, 147 nömrəli texniki-humanitar təmayüllü lisey, İ.Hacıyev adına "Tərəqqi" liseyi, “Zəngi” liseyi, 291 nömrəli Ekologiya liseyi, 287 nömrəli "Zəkalar" liseyi, “Ankara Məktəbi” məktəb-liseyi, 62, 70 və 220 nömrəli məktəb-liseyləri, 145, 161 və 260 nömrəli tam orta məktəbləri daxil edilib.



