BANM-də bütün dövlət sifarişli ixtisaslar üzrə qəbul balı 600-dən yüksək olub

29 Avqust, 2025 - 10:47
BANM-də bütün dövlət sifarişli ixtisaslar üzrə qəbul balı 600-dən yüksək olub
BANM-də bütün dövlət sifarişli ixtisaslar üzrə qəbul balı 600-dən yüksək olub

Bakı Ali Neft Məktəbinə (BANM) bu il qəbul olunan abituriyentlər arasında 600-dən yuxarı bal toplayanların sayı 340 nəfər olub.

“Azərbaycan müəllimi” xəbər verir ki, 13 nəfər abituriyent 690-dan, 32 nəfər 680-dən yuxarı bal toplayıb. 55 nəfər 670-dən, daha 55 nəfər 660-dan yuxarı nəticə göstərib. 

Builki qəbul imtahanlarında universitetə daxil olan 44 nəfər 650, 32 nəfər 640, 27 nəfər 630-dan, 31 nəfər 620-dən, 32 nəfər 610-dan çox bal toplayıb. 14 nəfərin nəticəsi isə 600 bal və ondan yuxarı təşkil edib.

Beləliklə, BANM bütün dövlət sifarişli ixtisasları üzrə qəbul balı altı yüzdən yüksək olan yeganə universitet kimi fərqlənib.