BANM-in dövlət sifarişli yerlərinə keçid balları 600-dən yüksək olub

25 Avqust, 2026 - 09:06
BANM-in dövlət sifarişli yerlərinə keçid balları 600-dən yüksək olub

Bakı Ali Neft Məktəbinin (BANM) bütün ixtisasları üzrə dövlət sifarişli yerlərə keçid balları 600-dən yüksək olub.

"Azərbaycan müəllimi" xəbər verir ki, bütün ixtisaslarının dövlət sifarişli yerləri üzrə keçid balları 600-dən yüksək olan yeganə universitet Bakı Ali Neft Məktəbi olub.

2026-cı il üzrə ixtisaslar və keçid balları aşağıdakı kimi olub:

İnformasiya təhlükəsizliyi – 675,9 bal
Kompüter elmləri – 674,1 bal
Kimya mühəndisliyi – 669,7 bal
Kompüter mühəndisliyi – 658,7 bal
Data analitikası – 652,1 bal
Maliyyə – 648,1 bal
Neft-qaz mühəndisliyi – 643,2 bal
Proseslərin avtomatlaşdırılması mühəndisliyi – 635,2 bal
Biznesin idarə edilməsi – 603,6 bal