Bu liseyə şagird qəbulu elan edilir

5 İyun, 2026 - 12:15
Bu liseyə şagird qəbulu elan edilir

Bakı Ali Neft Məktəbinin (BANM) nəzdində fəaliyyət göstərən Rəqəmsal Biliklər Liseyinin Azərbaycan bölməsi üzrə 2026/2027-ci tədris ili üçün ödənişli və ödənişsiz əsaslarla 7-ci və 8-ci siniflərə şagird qəbulu elan edir.

"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə BANM məlumat yayıb.

7-ci sinfə qəbul – Azərbaycan Respublikası Təhsil İnstitutunun lisey və gimnaziyalara mərkəzləşdirilmiş qəbul imtahanı əsasında
8-ci sinfə qəbul – liseydaxili qəbul imtahanı əsasında

Qeydiyyat üçün: https://forms.office.com/r/3crgUUkMyA

Ümumilikdə:
50 nəfər 7-ci sinfə
50 nəfər 8-ci sinfə qəbul olunacaq

Respublika Fənn Müsabiqələrinin (RFM) qalibləri müsabiqədənkənar qəbul edilir.

Ən yüksək nəticə göstərən şagirdlər və RFM qalibləri ödənişsiz təhsil almaq imkanı qazanacaqlar. Digər qəbul olunan şagirdlər üçün illik təhsil haqqı 8000 AZN təşkil edir.

Dərslər bir növbəlidir, 08:40–15:00 saatları arasında keçirilir.

Tədris Azərbaycan dilindədir.

Liseydə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin ümumtəhsil məktəbləri üçün müəyyən etdiyi tələblər nəzərə alınmaqla, informatika və rəqəmsal biliklər istiqamətli xüsusi tədris proqramı tətbiq olunur.
Şagirdlərin hərtərəfli inkişafını təmin etmək məqsədilə tədris ili ərzində müxtəlif sosial və yaradıcı dərnəklər fəaliyyət göstərir, həmçinin müxtəlif tədbirlər və ekskursiyalar təşkil olunur.