BANM-in tələbə və müəllimləri layihələri ilə 860 min manatdan çox vəsait qazanıb
Bakı Ali Neft Məktəbinin (BANM) tələbə və müəllimləri son 1 ildə innovasiya yönümlü layihə və yarışlardan 860 min 811 manat məbləğində vəsait əldə edib.
Universtetdən "Azərbaycan müəllimi"nə bildirilib ki, BANM müəllimlərinin mentorluğu ilə tələbələrindən ibarət 40-a yaxın komanda yerli və beynəlxalq müsabiqələr və hakatonların qalibi olub.
Qalib komandalarımızın əldə etdiyi vəsaitlərin bölgüsü belədir:
İnvestisiyalar - 570 min 900 manat,
Mükafatlar - 163 min 737 manat
Qrant - 126 min 174 manat




