BANM müəllimlərinin məqaləsi beynəlxalq jurnalda dərc olunub
Bakı Ali Neft Məktəbinin (BANM) müəllimləri Nurlana İmanova, Afət Quliyeva və Gülçin Eyyubovanın həmmüəllifi olduqları elmi məqalə "Springer Nature" nəşriyyatının "Scopus" indeksli Q1 kateqoriyalı, eyni zamanda “Web of Science” indeksli "Language Testing in Asia" jurnalında dərc olunub.
"Azərbaycan müəllimi" xəbər verir ki, tədqiqat onlayn qiymətləndirmə prosesində akademik dürüstlüyün təmin olunması, qiymətləndirmə dizaynının təkmilləşdirilməsi və institusional siyasətin bu prosesdə rolu kimi ali təhsil üçün aktual məsələlərə həsr edilib.
Məqalə ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür: https://link.springer.com/article/10.1186/s40468-026-00472-2




