BANM tələbələri beynəlxalq kibertəhlükəsizlik sertifikatı qazanıblar
Bakı Ali Neft Məktəbinin tələbələri beynəlxalq kibertəhlükəsizlik sertifikatı əldə ediblər.
BANM-dən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, "İnformasiya təhlükəsizliyi" ixtisasında təhsil alan Emin Baxışlı və Ayxan Salmanov kibertəhlükəsizlik üzrə dünyada geniş tanınan "CompTIA Security+" imtahanını uğurla keçərək beynəlxalq kibertəhlükəsizlik sertifikatı qazanıblar.
Bu nailiyyət onların kibertəhlükəsizlik sahəsində ilk peşəkar addımlarını atmalarında mühüm rol oynayacaq.



