Bərdədə peşə təhsili və əmək bazarının əməkdaşlığı üzrə konfrans keçirilib

26 Dekabr, 2025 - 10:35
Bərdədə peşə təhsili və əmək bazarının əməkdaşlığı üzrə konfrans keçirilib

Bərdə Dövlət Peşə Təhsil Mərkəzində “Peşə təhsili və əmək bazarı əməkdaşlığının gücləndirilməsi” mövzusunda regional konfrans keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, tədbirdə Bərdə Dövlət Peşə Təhsil Mərkəzinin inzibati-rəhbər heyəti, rayon İcra Hakimiyyətinin nüməyəndələri, Dövlət Məşğulluq Agentliyi, KOBİA kimi dövlət qurumlarının rəsmiləri, həmçinin sözügedən iqtisadi rayonlarda fəaliyyət göstərən özəl sektor nümayəndələri iştirak ediblər. 

Tədbir iştirakçıları öncə mərkəzin infastrukturu və maddi-texniki bazası ilə yaxından tanış olublar. İştirakçılara mərkəzdə tələbələr üçün yaradılmış imkanlar, tədris olunan ixtisaslar haqqında ətraflı məlumat verilib. 

Qonaqların diqqətinə çatdırılıb ki, 1200-dən çox tələbənin təhsil aldığı müəssisədə əsasən İKT, kənd təsərrüfatı, sənayenin digər sahələri üzrə peşə ixtisaslarının tədrisi həyata keçirilir. Qeyd edilib ki, mərkəzin qarşısına qoyulan əsas məqsəd regionda əmək bazarının tələblərinə uyğun ixtisaslı kadrların hazırlanması prosesinə dəstək verməkdir.

Görüş zamanı regionda işəgötürənlərin tələbləri və peşə təhsili müəssisələri üçün yeni çağırışlar, işəgötürən–peşə təhsil mərkəzləri əməkdaşlığı, dual təhsil, birgə layihələr, startap təşəbbüsləri kimi mövzular, eyni zamanda işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Proqramı çərçivəsində işəgötürənlərlə peşə təhsili sistemi arasında əməkdaşlıq imkanları geniş müzakirə edilib.