Beyləqan məktəbinin daha bir müəllimi sertifikatlaşdırma imtahanında maksimal bal topladı
Bu gün müəllimlərin sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində Beyləqan məktəbinin müəllimi 60 bal toplayıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, maksimal bal toplayan Beyləqan rayonu Humanitar fənlər təmayüllü liseyin informatika müəllimi Xanım Ələmdarlıdır.
Qeyd edək ki, Mil-Muğan Regional Təhsil İdarəsi üzrə imtahan Beyləqan şəhəri Fərman Hacıyev adına 2 nömrəli tam orta məktəbində keçirilir.



