Vətən müharibəsi şəhidinin qızları Litvanın eyni universitetinə qəbul olublar
Beyləqan rayonu Milabad qəsəbə sakini, Vətən müharibəsi şəhidi Əlizamin İsgəndərovun iki qızı Litvanın aparıcı ali təhsil müəssisələrindən olan Vytautas Magnus Universitetinin magistratura pilləsinə təqaüd əsasında qəbul olunub.
"Azərbaycan müəllimi" xəbər verir ki, onlar “Diplomatiya və beynəlxalq münasibətlər” ixtisası üzrə təhsil alacaqlar.
Azərbaycan Ordusunun çavuşu olan Əlizamin İsgəndərov Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin, Füzulinin, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərin iştirakçısı olub. O, noyabrın 5-də Şuşa döyüşləri zamanı Daşaltı istiqamətində şəhid olub, Beyləqan rayonunun Milabad qəsəbəsində dəfn edilib. Ölümündən sonra Prezident İlham Əliyev tərəfindən "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "İgidliyə görə" medalları ilə təltif edilib.



