Mil-Muğan regionunda 69 məktəbdə təmir işləri aparılır
Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində tədris ilinə hazırlıq işləri davam edir.
"Azərbaycan müəllimi" qəzetinin sorğusuna cavab olaraq regional idarədən bildirilib ki, hazırda region üzrə 62 ümumi təhsil müəssisəsində cari təmir, 7 təhsil müəssisəsində isə əsaslı təmir işləri aparılır.
Bununla yanaşı, Sabirabad rayonunda iki təhsil müəssisəsində modul tipli məktəb binasının quraşdırılmasına da başlanılıb.




