Mil-Muğan üzrə 43 məzun 600 baldan yuxarı nəticə göstərib

14 Avqust, 2026 - 11:19
Mil-Muğan üzrə 43 məzun 600 baldan yuxarı nəticə göstərib

Mil-Muğan Regional Təhsil İdarəsi üzrə 600 baldan yuxarı nəticə göstərən məzunların sayı məlum olub.

“Azərbaycan müəllimi" xəbər verir ki, 2025-2026-cı tədris ilində Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə buraxılış və ali məktəblərə qəbul imtahanlarının nəticələrinə əsasən 43 məzun 600 baldan yuxarı nəticə göstərib.

Yüksək nəticə göstərən 43 məzundan 10-u Beyləqan, 14-ü İmişli, 7-si Saatlı, 12-si isə Sabirabad rayonu üzrədir.