Mil-Muğan regionunda 359 şagird 200-dən çox bal toplayıb
Mil-Muğan Regional Təhsil İdarəsi üzrə 11-ci siniflərin buraxılış imtahanında 359 şagird 200 baldan yuxarı nəticə göstərib.
Bu barədə "Azərbaycan müəllimi"nin sorğusuna cavab olaraq idarədən bildirilib.
Qeyd edək ki, Mil-Muğan Regional Təhsil İdarəsi üzrə XI sinif buraxılış imtahanında ən yüksək nəticəni Səma Aslanlı göstərib. Səma imtahanda 298 bal toplayıb.
O, Beyləqan rayonu Xaçınabad kənd 4 nömrəli tam orta ümumtəhsil məktəbinin 11-ci sinif şagirdidir.



