Beynəlxalq elm müsabiqəsinin nəticələri açıqlanıb
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi ilə Özbəkistan Respublikasının Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovativ İnkişaf Agentliyi tərəfindən keçirilmiş Azərbaycan–Özbəkistan birgə beynəlxalq elmi müsabiqəsinin nəticələri müəyyənləşib.
"Azərbaycan müəllimi" xəbər verir ki, müsabiqənin keçirilməsində əsas məqsəd Azərbaycan və Özbəkistanın elmi-tədqiqat və ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi, alimlər arasında elmi əlaqələrin gücləndirilməsi, eləcə də aktual elmi istiqamətlər üzrə birgə tədqiqatların dəstəklənməsidir.
Müsabiqə çərçivəsində Azərbaycan və Özbəkistan alimlərinin birgə iştirakı ilə təqdim edilmiş ümumilikdə 139 elmi layihə ekspertiza mərhələsindən keçirilib.
Elmi və texniki ekspertizanın yekunlarına, həmçinin hər iki tərəfin ekspert qiymətləndirmələrinin nəticələrinə əsasən 5 elmi layihə müsabiqənin qalibi elan olunub.
Qalib layihələrin siyahısı ilə keçid vasitəsilə tanış olmaq mümkündür:




