Beynəlxalq Kimya Olimpiadasında iştirak edəcək komanda üzvlərinə laboratoriya dərsləri keçirilir

19 İyun, 2025 - 16:48
Beynəlxalq Kimya Olimpiadasında iştirak edəcək komanda üzvlərinə laboratoriya dərsləri keçirilir

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil ediləcək 57-ci Beynəlxalq Kimya Olimpiadasında ölkəmizi təmsil edəcək milli komanda üzvlərinə 14 iyun – 5 iyul 2025-ci il tarixlərində Türkiyənin Ərzurum şəhərində yerləşən Atatürk Universitetində xüsusi laboratoriya hazırlıq dərsləri keçirilir.

“Azərbaycan müəllimi” xəbər verir ki, 4 nəfər şagird Türkiyə yığma komandası ilə bərabər praktiki dərslərə qoşulub.

Qeyd edək ki, şagirdlərimizin beynəlxalq olimpiadalara hazırlıq prosesi Təhsil İnstitutu tərəfindən həyata keçirilir.