Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalında  və VII Robot Olimpiadasında  qalib olan şagirdlərlə görüş keçirilib

1 Noyabr, 2024 - 00:04

Oktyabrın 31-də STEAM Təlim-Tədris Mərkəzində Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalında  və VII Robot Olimpiadasında  qalib olan şagirdlərlə görüş keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, görüşdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov qalib komandaları təbrik edərək bildirib ki, 15 ölkədən 900-dən çox iştirakçının qatıldığı Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalının final mərhələsində komandamızın I yerin qalibi olması  böyük uğurdur. 

Bildirilib ki, Gənclər və İdman Nazirliyinin, Dünya Robot Olimpiadası Assosiasiyasının və Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən  VII Robot Olimpiadasında 160-dan çox komanda iştirak edib, həmin yarışda da komandamız uğurlu nəticə əldə edərək 3-cü yerin qalibi olub.Həmçinin qeyd olunub ki, bu uğurlar muxtar respublikanın ümumtəhsil  məktəblərində və STEAM Təlim- Tədris Mərkəzində STEAM tədrisinin uğurlu nəticəsidir.

Görüşdə qalib olan komandanın üzvlərinə hədiyyələr təqdim olunub.