"BilBacar" müsabiqəsinə qeydiyyat ilə bağlı AÇIQLAMA

7 Noyabr, 2025 - 10:59
"BilBacar" müsabiqəsinə qeydiyyat ilə bağlı

"BilBacar" müsabiqəsində şagird qeydiyyatı başlamayıb.

Təhsil İnstitutundan "Azərbaycan müəllimi"nə bildirilib ki, hazırda məktəb qeydiyyatı açıqdır və müsabiqədə iştirak etmək istəyən ümumi təhsil müəssisələri aşağıdakı iki üsuldan birini seçməklə qeydiyyatdan keçə bilərlər: 

– bilbacar.edu.az saytında “Məktəblər üçün müraciət” bölməsinə müvafiq məlumatları daxil etməklə;
– Tabe olduqları Regional Təhsil İdarələrinə müraciət etməklə.

Şagirdlərin qeydiyyatı Təhsil İnstitutu tərəfindən aparılıb, giriş məlumatları şəhər/regional təhsil idarələri vasitəsilə məktəblərə göndəriləcək.