"BilBacar" müsabiqəsinin III yarış mərhələsi BAŞLADI
"BilBacar" müsabiqəsinin III yarış mərhələsinə start verilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, “Yarış” mərhələsinin hər bir seansı məktəbdə "BilBacar" koordinatorunun nəzarəti və müşayiəti ilə təşkil olunur. III yarış mərhələsi 10 dərs günü müddətində (23 fevral–27 fevral, 2 mart–6 mart) keçiriləcək və şagirdlər "BilBacar" hesablarına daxil olaraq yarışda iştirak edə biləcəklər.
“Yarış” mərhələsi başa çatdıqdan sonra şagirdlər nəticələrini respublika, regional təhsil idarəsi və məktəb səviyyəsində görə bilərlər.
Qeyd edək ki, müsabiqənin məqsədi ibtidai sinif şagirdlərində oxu savadlılığını artırmaq, mətnin məzmununu anlama, təhlil və nəticə çıxarma bacarıqlarını inkişaf etdirmək, mütaliəni təşviq etmək, eyni zamanda şagirdlərə kompüter əsaslı qiymətləndirmə mühitində təcrübə qazandırmaqdır.
-
ZəhraMən bilbacar edu aza girmək istəyirəm24 gün əvvəlCavablaLike (0) -
GünəşMən yarış koduna girmək istəyirəm1 ay əvvəlCavablaLike (0) -
Mələk3 cür sinif şagirdi Əliyeva Mələk Faiq qızı2 ay əvvəlCavablaLike (0)



