"BilBacar" müsabiqəsinin ilk nəticələri AÇIQLANDI
2025-ci ilin noyabr ayından etibarən yenidən başlayan "BilBacar" müsabiqəsinin ilk yarış nəticələri açıqlanıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, nəticələr şagirdlərin "BilBacar" hesablarına əlavə edilib. Şagirdlər öz "Bilbacar" hesablarına daxil olaraq nəticələri ilə tanış ola bilər.
Qeyd edək ki, 2-13 dekabr tarixləri arasında təşkil edilmiş yarışda 1706 ümumi təhsil müəssisəsi üzrə 155 000 şagird iştirak edib. Müsabiqənin ilk hazırlıq mərhələsində isə 1681 ümumi təhsil müəssisəsi üzrə 118 000 şagird iştirak edib.
Xatırladaq ki, ibtidai sinif şagirdlərində oxu savadlılığını artırmaq, mətnin məzmununu anlama, təhlil və nəticə çıxarma bacarıqlarını inkişaf etdirmək, oxu fəaliyyətlərini təşviq etmək, eyni zamanda şagirdlərə kompüter əsaslı qiymətləndirmə mühitində təcrübə qazandırmaq məqsədilə həyata keçirilən builki "BilBacar" müsabiqəsinin onlayn mərhələsi 2026-cı ilin may ayınadək davam edəcək və final mərhələsi isə iyun ayında keçiriləcək.


