"BilBacar"ın dekabr ayı üzrə hazırlıq mərhələsinə start verilib
"BilBacar" müsabiqəsinin dekabr ayı üzrə “Hazırlıq” mərhələsi aktivdir. Şagirdlər hesablarına daxil olmaqla “Hazırlıq” bölməsi üzrə sualları cavablandıra bilərlər.
"Azərbaycan müəllimi" xəbər verir ki, şagirdlər iki mətn (bədii və informativ) üzrə müxtəlif tipli sualları cavablandıracaqlar. Hazırlıq şagirdlərin “Yarış”a hazırlaşması məqsədi daşıyır.
Qeyd edək ki, builki "BilBacar" müsabiqəsinin keçirilməsində məqsəd ibtidai sinif şagirdlərində oxu savadlılığını artırmaq, mətnin məzmununu anlama, təhlil və nəticə çıxarma bacarıqlarını inkişaf etdirmək, oxu fəaliyyətlərini təşviq etmək, eyni zamanda şagirdlərə kompüter əsaslı qiymətləndirmə mühitində təcrübə qazandırmaqdır.
-
Elcanİmtahana haziram10 ay əvvəlCavablaLike (0) -
Elcanİmtahana haziram10 ay əvvəlCavablaLike (0) -
AyxanGözəl10 ay əvvəlCavablaLike (0) -
Nilaydaha çox çalışacağıq10 ay əvvəlCavablaLike (0) -
Ilqar eyubovIsmayilli 5 sayli mekteb10 ay əvvəlCavablaLike (0) -
SemaCalisiram oxyum10 ay əvvəlCavablaLike (0)




