Bilkent və Harvard universitetlərinin məzunu TAU tələbələrinə seminar keçib

3 Noyabr, 2026 - 15:23
Bilkent və Harvard universitetlərinin məzunu TAU tələbələrinə seminar keçib

Türkiyə-Azərbaycan Universitetində (TAU) “Karyera planlaması” çərçivəsində növbəti dəfə keçirilən seminarın mövzusu “Potensialdan nəticəyə: Yeni nəsil liderlər” olub.

"Azərbaycan müəllimi" xəbər verir ki, Bilkent və Harvard universitetlərində təhsil almış, “Popeyes Azerbaijan”ın qurucusu, təcrübəli və gənc mütəxəssis Məhəmməd Əfəndiyev TAU tələbələri ilə görüşərək liderlik, şəxsi inkişaf və karyera quruculuğu ilə bağlı təcrübələrini bölüşüb.

Seminarı giriş sözü ilə açan TAU-nun rektoru dosent Nəcibə Nəsibova tələbələrin şəxsi inkişafı, karyera planlaması və özünüreallaşdırmasına dəstək məqsədilə qlobal nüfuzlu universitetlərdən uğurla məzun olan və iş dünyasında müvəffəqiyyət qazanmış gənc mütəxəssislərlə davamlı görüşlərin təşkilinin universitetin prioritetləri sırasında olduğunu qeyd edib. Rektor dəvəti qəbul etdiyi üçün Məhəmməd Əfəndiyevə təşəkkür edib.

Daha sonra tədbirdə iştirak edən tələbələrə M.Əfəndiyevi yaxından tanıtmaq məqsədilə onun həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.

Çıxışına TAU rəhbərliyinə və professor-müəllim heyətinə təşəkkür etməklə başlayan Məhəmməd Əfəndiyev Bilkent Universitetində biznes ixtisası üzrə bakalavriat, eləcə də Azərbaycan Prezidentinin “Xaricdə Təhsilə Dəstək Dövlət Proqramı” çərçivəsində Harvard Universitetində MBA təhsili aldığı dövrdə qazandığı təcrübələri tələbələrlə bölüşüb. O, yeni nəsil liderlər üçün vacib hesab etdiyi xüsusiyyətlərdən bəhs edərək maraq, davamlı öyrənmə, dəyişən şəraitə uyğunlaşma və çevikliyin müasir dövrdə uğurun əsas şərtləri sırasında olduğunu qeyd edib. 

Məhəmməd Əfəndiyev bildirib ki, uğur əldə olunan nəticələrlə gözləntilər arasındakı fərqlə ölçülür. O, uğursuzluqlar qarşısında dayanıqlı olmağın və başladığı yolda əzmlə irəliləməyin uğura aparan prosesdə mühüm rol oynadığını vurğulayıb. Həmçinin şəxsi və peşəkar inkişafı dəstəkləyən düzgün sosial çevrənin formalaşdırılmasının əhəmiyyətinə diqqət çəkib.

Tələbələrin böyük marağına səbəb olan seminar Məhəmməd Əfəndiyevlə keçirilən geniş sual-cavab sessiyası ilə yekunlaşıb.