Biologiya üzrə beynəlxalq olimpiadalara hazırlaşanlar üçün imtahan keçirilib
Biologiya fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq məqsədilə intensiv dərslər keçirilir.
"Azərbaycan müəllimi" xəbər verir ki, dərslərə cəlb olunan şagirdlər üçün sınaq imtahanı təşkil edilib. Sınaq imtahanı KAIST universitetinin məzunu Mətin Muradlı tərəfindən təşkil olunub.
Sınaq imtahanının məqsədi şagirdlərin bilik səviyyəsini qiymətləndirmək, onların mövzular üzrə zəif və güclü tərəflərini müəyyənləşdirmək, həmçinin real imtahan mühitinə uyğunlaşmalarını təmin etməkdir.



