“Urban Hackathon 2026” layihəsinin ilk günü həyata keçirilib

14 Mart, 2026 - 19:40
“Urban Hackathon 2026” layihəsinin ilk günü həyata keçirilib

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi və SABAH.Hub-ın dəstəyi ilə təşkil olunan “Urban Hackathon 2026 – Dayanıqlı Şəhər Mobilliyi üzrə Milli Tələbə Hakatonu”nun ilk günü Quba şəhərində baş tutub. Layihə WUF13-ə gedən yolda Azərbaycan Şəhərsalma Kampaniyası çərçivəsində həyata keçirilir.

"Azərbaycan müəllimi" xəbər verir ki, proqram çərçivəsində iştirakçılar Ümummilli Lider Heydər Əliyevin Quba şəhərində yerləşən abidəsini ziyarət edərək xatirəsini ehtiramla yad ediblər. Açılış mərasimi Quba şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçirilib.

Tədbirdə Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abasova, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Qumru Məmmədova, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin nümayəndəsi Ülkər Əlizadə və BMT-nin Məskunlaşma Proqramının Təbliğat və Layihələr üzrə baş məsləhətçisi Məleykə Tağızadə çıxış edərək layihənin gənclərin innovativ potensialının inkişafına və dayanıqlı şəhər mühitinin formalaşmasına töhfə verəcəyini vurğulayıblar.

Qeyd edək ki, hakatonda 150 iştirakçı komandalar şəklində 48 saat ərzində şəhər mobilliyi və dayanıqlı nəqliyyat həlləri üzrə innovativ ideyalar hazırlayaraq münsiflər heyətinə təqdim edəcəklər.