Birinci Türkoloji Qurultayın 100 illiyi UNESCO-da qeyd ediləcək
UNESCO-nun Parisdəki mənzil-qərargahında Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq tədbir keçiriləcək.
"Azərbaycan müəllimi" APA-ya istinadən xəbər verir ki, bunu Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş Türk Dünyası Həftəsi çərçivəsində keçirilən plenar iclasda deyib.
O bildirib ki, bu ilin sonunda Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü, Azərbaycan Mədəniyyət Nazirliyinin, Türk dövlətlərinin UNESCO yanında Daimi Nümayəndəliklərinin və Türk əməkdaşlıq təşkilatlarının iştirakı ilə UNESCO-nun Parisdəki mənzil-qərargahında Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq tədbirin keçirilməsi planlaşdırılır.
O vurğulayıb ki, bu təşəbbüslər ortaq mədəni yaddaşın möhkəmlənməsinə, Türk xalqları arasında əməkdaşlığın daha da inkişafına və Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətinin beynəlxalq miqyasda daha geniş tanıdılmasına mühüm töhfə verəcək.




