Birinci vitse-prezident Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib.
"Azərbaycan müəllimi" xəbər verir ki, paylaşımda deyilir:
“Yer üzündəki hər bir uşağa möhkəm cansağlığı, sevgi, xoş günlər, qayğısız uşaqlıq və xoşbəxt həyat arzulayıram”.



