BMU-da Ömər Eldarovun yaradıcılığına həsr olunmuş sərgi keçirilib

26 May, 2026 - 16:34
BMU-da Ömər Eldarovun yaradıcılığına həsr olunmuş sərgi keçirilib

Bakı Mühəndislik Universitetində (BMU) Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı, akademik, “İstiqlal”, “Şərəf” və “Heydər Əliyev” ordenli Ömər Eldarovun yaradıcılığına həsr olunmuş sərgi keçirilib.  

"Azərbaycan müəllimi" xəbər verir ki, sərginin açılışında çıxış edən BMU-nun rektoru Yaqub Piriyev bildirib ki, Ömər Eldarov müasir Azərbaycan heykəltəraşlıq məktəbinin formalaşması və inkişafında müstəsna xidmətləri olan sənətkarlardandır. Onun çoxşaxəli yaradıcılığı bədii-estetik təfəkkürün ən yüksək nümunələrindən biri kimi dəyərləndirilir. Rektor qeyd edib ki, güclü Azərbaycan dövlətinin formalaşmasında əvəzsiz rol oynamış Ulu Öndər Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın Fəxri xiyabandakı xatirə kompleksləri onun yüksək peşəkarlığını, monumental sənət sahəsindəki zəngin yaradıcılıq təcrübəsini və dərin bədii təfəkkürünü parlaq şəkildə ifadə edir. Həmçinin Nizami, Füzuli, Nəsimi, Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Xurşudbanu Natəvan, Səttar Bəhlulzadə və digər görkəmli şəxsiyyətlərin abidələri Ömər Eldarovun monumental sənət sahəsində yaratdığı ən dəyərli və yüksək bədii-estetik əhəmiyyətə malik əsərlər sırasında xüsusi yer tutur. Rektor Ömər Eldarovun yaradıcılıqla bərabər, ölkəmizin ictimai və mədəni həyatının fəal iştirakçısı olduğunu, uzun illər Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru kimi ölkədə peşəkar heykəltaraşlıq məktəbinin qorunub saxlanılmasında, gənc istedadların aşkar edilməsində və milli ənənələrin müasir üslublarla sintez olunmasında müstəsna xidmətlər göstərdiyini vurğulayıb. Qeyd edib ki, Ömər Eldarovun əsərlərinin Azərbaycanın hüdudlarından kənarda da böyük rəğbətlə qarşılanması onun sənətinin yalnız milli deyil, eyni zamanda ümumbəşəri dəyərə malik olduğunu, fərqli məkan və dövrlərdə insanların qəlbinə yol tapdığını bir daha sübut edir. 

Mühəndislik yönümlü ali təhsil müəssisələrində incəsənət və humanitar düşüncənin təşviqinin müasir universitet modelinin mühüm tərkib hissəsi olduğunu deyən rektor Ömər Eldarovun yaradıcılıq sərgisinin tələbələr, gənc memarlar, dizaynerlər və incəsənətsevərlər üçün dəyərli ilham mənbəyi olacağına əminliyini bildirib.

Akademik Ömər Eldarov sərginin BMU-da təşkilindən məmnunluğunu ifadə edib, əsərlərinə göstərilən marağı yüksək qiymətləndirib. Uşaqlıq illərindən heykəltəraşlıq sənətinə böyük həvəslə yanaşdığını vurğulayan sənətkar bütün həyatını bu sahəyə həsr etdiyini, yaradıcılığı ərzində çoxsaylı görkəmli şəxsiyyətlərin heykəllərini ərsəyə gətirdiyini diqqətə çatdırıb. Görkəmli heykəltəraş gənc memar, rəssam, dizaynerlərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, seçdikləri peşəyə sevgi və bağlılığın uğurun əsas amillərindən olduğunu qeyd edib. Çıxışının sonunda isə sərginin təşkilində əməyi olanlara və yaradıcılığına göstərilən diqqətə görə təşəkkürünü bildirib.

Sonra rektor Yaqub Piriyev BMU tələbələrinin əl əməyini əks etdirən dekorativ sənət nümunəsini Ömər Eldarova hədiyyə edib.

Sonda iştirakçılar sərgi ilə tanış olublar.