Böyük Britaniyaya təhsil almağa gedən tələbələrin NƏZƏRİNƏ!
2025-ci il iyulun 15-dən Böyük Britaniyaya iş və təhsil məqsədilə gedənlər üçün yeni qaydalar tətbiq olunur.
“Azərbaycan müəllimi” xəbər verir ki, yeni qaydalara əsasən, bu tarixdən etibarən Böyük Britaniyaya iş və ya təhsil məqsədilə müraciət edən şəxslərin pasportlarına viza nişanı yapışdırılmır. Onlar “eVisa” istifadə edir və viza müraciət mərkəzindəki görüşdən sonra pasportlarını eyni gün geri ala bilirlər.
İstifadəçilərə UKVI hesabı yaratmaq və “eVisa”ya daxil olmaqda kömək məqsədilə GOV.UK platformasında xüsusi dəstək videoları yerləşdirilib:
– eVisa dəstək videoları
Əlavə məlumat üçün:
– Online immigration status – eVisa
Qeyd edək ki, Böyük Britaniya vizalarının qəbulu və emalı Britaniyanın Bakıdakı səfirliyi tərəfindən həyata keçirilmir. “UK Visas and Immigration” (UKVI) xidmətləri hazırda “VFS Global Azerbaijan tərəfindən” Neftçilər prospekti 64 ünvanında – “Crescent Offices”in 6-cı mərtəbəsində göstərilir.



