bp ADNSU-ya bərpaolunan enerji laboratoriyası hədiyyə edib

7 Sentyabr, 2026 - 22:03
bp ADNSU-ya bərpaolunan enerji laboratoriyası hədiyyə edib

bp Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə (ADNSU) müasir bərpaolunan enerji laboratoriyası hədiyyə edib.

“Azərbaycan müəllimi” xəbər verir ki,
bu, şirkətin Azərbaycanda bərpaolunan enerji sahəsində təhsil və bacarıqların inkişafına verdiyi dəstəyin növbəti mühüm mərhələsidir.

Laboratoriyanın yaradılması bp-nin bərpaolunan enerji sahəsində ixtisaslaşan yeni nəsil yerli mühəndislərin hazırlanmasına yönəlmiş 2 milyon dollarlıq sosial sərmayə təşəbbüsünün yekun hissəsidir.

Təşəbbüs 2021-ci ildə Azərbaycanın Elm və Təhsil Nazirliyi ilə bp arasında yerli universitetlərin birində bərpaolunan enerji mənbələri üzrə proqramın yaradılması ilə bağlı imzalanmış əməkdaşlıq haqqında niyyət protokoluna əsaslanır. Bunun ardınca bp ilə ADNSU arasında bərpaolunan enerji mənbələri üzrə yeni ali təhsil proqramının yaradılması üçün saziş imzalanıb və nəticədə 2023-cü ildə ADNSU tərəfindən Böyük Britaniyanın Uorik Universiteti ilə tərəfdaşlıqda həyata keçirilən bərpaolunan enerji üzrə ikili diplom magistr proqramı təsis edilib.

Yeni laboratoriya bərpaolunan enerji sahəsində üç əsas istiqamət olan Günəş, külək və hidrogen enerjisi üzrə tədris, təlim və tətbiqi tədqiqat fəaliyyətlərini dəstəkləmək məqsədilə yaradılıb. Qabaqcıl eksperimental və simulyasiya sistemləri ilə təchiz edilmiş bu laboratoriya tələbələrə, müəllimlərə və tədqiqatçılara praktiki təcrübələr aparmaq, nəzarət olunan şəraitdə ölçmələr həyata keçirmək, enerjinin çevrilməsi proseslərini müşahidə etmək və ixtisaslaşmış proqram təminatı vasitələrindən istifadə etməklə sistemlərin icra göstəricilərini təhlil etmək imkanı yaradır.

Laboratoriya sənayedə istifadə olunan müvafiq texnologiyalara və praktiki təlim imkanlarına çıxış təmin etməklə akademik biliklərin enerji sahəsində real tətbiqi ilə əlaqələndirilməsinə kömək edəcək. Laboratoriyanın inteqrasiya olunmuş şəkildə layihələndirilməsi, həmçinin bərpaolunan enerjinin hər üç istiqaməti üzrə fənlərarası tədris və tədqiqat fəaliyyətlərinin aparılmasına imkan verir.

Layihə çərçivəsində bp laboratoriyanın səmərəli fəaliyyəti üçün lazım olan infrastrukturun və resursların təmin edilməsinə də dəstək göstərib. Bura İT avadanlıqlarının, proqram təminatı lisenziyalarının, mebel təchizatının, ilk tibbi yardım və təhlükəsizlik avadanlıqlarının təmin olunması, eləcə də laboratoriya sahəsinə aid tikinti və təmir-bərpa işlərinin həyata keçirilməsi daxildir.

bp ADNSU-ya bərpaolunan enerji laboratoriyası hədiyyə edib
bp ADNSU-ya bərpaolunan enerji laboratoriyası hədiyyə edib
bp ADNSU-ya bərpaolunan enerji laboratoriyası hədiyyə edib
bp ADNSU-ya bərpaolunan enerji laboratoriyası hədiyyə edib
bp ADNSU-ya bərpaolunan enerji laboratoriyası hədiyyə edib
bp ADNSU-ya bərpaolunan enerji laboratoriyası hədiyyə edib