BSQ-lər hansı məktəblərdə rəqəmsal keçirilir? – MÜTDA açıqladı

22 Yanvar, 2026 - 13:14
BSQ-lər hansı məktəblərdə rəqəmsal keçirilir?

Sürətli internet bağlantısı və uyğun sayda kompüteri olan ümumi təhsil müəssisələrində 2025–2026-cı tədris ilinin I yarımili üzrə böyük summativ qiymətləndirmə rəqəmsal formada təşkil olunur.

"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, rəqəmsal qiymətləndirmə həm müəllimlərin vaxtına qənaət edir, həm şagirdlərdə rəqəmsal bacarıqları inkişaf etdirir, həm də kağız sərfiyyatını azaltmaqla ətraf mühitin qorunmasına dəstək verir. Digər tərəfdən elektron qiymətləndirmə daha təkmil tapşırıqlardan istifadə etmək imkanı yaradır.

Qeyd edək ki, böyük summativ qiymətləndirmə "Microsoft TEAMS" proqramı vasitəsilə həyata keçirilir.

BSQ-lər hansı məktəblərdə rəqəmsal keçirilir?
BSQ-lər hansı məktəblərdə rəqəmsal keçirilir?
BSQ-lər hansı məktəblərdə rəqəmsal keçirilir?