BSU bank əməkdaşları üçün inklüziv yanaşma üzrə təlim keçirib

26 Yanvar, 2026 - 09:45
BSU bank əməkdaşları üçün inklüziv yanaşma üzrə təlim keçirib

Yanvarın 24-də Bakı Slavyan Universiteti (BSU) ilə "Bank Respublika" arasında əməkdaşlıq çərçivəsində bank sektorunda inklüziv yanaşmaların təşviqi məqsədilə peşəkar inkişaf təlim proqramı təşkil olunub. 

BSU-dan "Azərbaycan müəllimi"nə bildirilib ki, “İnklüziv bankçılıq” mövzusuna həsr edilən təlim "Bank Respublika"nın əməkdaşları üçün nəzərdə tutulub.

Təlim proqramı iki modul üzrə həyata keçiriləcək:
 – I modul: İnklüziv bank – müştəri mərkəzli yanaşma
 
– II modul: Müştəri xidmətində inklüzivlik: ünsiyyət, əlçatanlıq və təhlükəsiz xidmət