BSU-da əmək bazarının qlobal trendləri müzakirə olunub
Bakı Slavyan Universitetinin Karyera və peşəkar inkişafı şöbəsinin təşkilatçılığı ilə “Əmək bazarında qlobal trendlər: qeyri-formal məşğulluq, risklər və onunla mübarizə yolları” mövzusunda maarifləndirici seminar keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, seminar zamanı Dövlət Məşğulluq Agentliyinin Təhlil və strateji planlaşdırma departamentinin Təhlil şöbəsinin müdiri Mirsahib Eminov tələbələrə əmək bazarında baş verən qlobal dəyişikliklər, qeyri-formal məşğulluğun yaratdığı sosial və iqtisadi risklər, rəsmi məşğulluğun əhəmiyyəti və əmək hüquqlarının qorunması barədə məlumat verib.
Seminarda, həmçinin Azərbaycanda əmək bazarının cari vəziyyəti, işəgötürənlərin tələbləri və gələcəyin əmək bazarında əhəmiyyətli rol oynayan süni intellekt, texnoloji savadlılıq, analitik və kreativ düşünmə, uyğunlaşma və ömürboyu öyrənmə kimi bacarıqlar müzakirə olunub.
Tələbələrə əmək bazarındakı dəyişikliklərə uyğun olaraq peşə və bacarıqlarını davamlı inkişaf etdirməyin, əmək münasibətlərində öz hüquq və öhdəliklərini bilməyin vacibliyi tələbələrin diqqətinə çatdırılıb.




