İngilis dili fənni üzrə illik plan nümunələri hazırlanıb
2026/2027 tədris ilində ümumi təhsil müəssisələrinin 1-ci və 2-ci siniflərində əsas xarici dil fənninin həftəlik tədris saatı artırılıb. Bu ildən etibarən uşaqlar həftədə 1 saat deyil, 2 saat xarici dil öyrənəcəklər.
"Azərbaycan müəllimi" xəbər verir ki, dərs saatının artması ilə əlaqədar olaraq xarici dil müəllimlərinə (ingilis dili) metodiki dəstək məqsədilə ARTİ tərəfindən tövsiyə xarakterli illik plan nümunələri hazırlanıb. Sənədə hər sinif üzrə 1 dərsi əhatə edəcək gündəlik dərs icmalı da əlavə edilib.
Qeyd edək ki, bu fəaliyyətin davamı olaraq yaxın günlərdə xarici dil müəllimləri üçün silsilə vebinarların təşkilinə başlanılacaq.
Materiallar:
1-ci sinif İngilis dili-illik plan 2026-2027
2-ci sinif İngilis dili-illik plan 2026-2027




