Formula 1-ə görə bu məktəblərdə tədris distant olacaq – SİYAHI

18 Sentyabr, 2026 - 18:36
Formula 1-ə görə bu məktəblərdə tədris distant olacaq

Formula 1 Azərbaycan Qran-Prisinin keçirilməsi ilə əlaqədar Bakı Şəhər Halqasının əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkətinin 22-27 sentyabr 2026-cı il tarixlərində məhdudlaşdırılacağını nəzərə alaraq paytaxtdakı 7 ümumi təhsil müəssisəsində tədris distant (məsafədən) formada təşkil ediləcək. 

Bu barədə “Azərbaycan müəllimi”nin sorğusuna cavab olaraq BŞTİ-dən məlumat verilib.

Belə ki, Tofiq İsmayılov adına 6 nömrəli lisey,  Məmməd Rahim adına 7 nömrəli tam orta ümumtəhsil məktəbi, Kərim Kərimov adına 8 nömrəli tam orta ümumtəhsil məktəbi, Tahir Həsənov adına 23 nömrəli tam orta ümumtəhsil məktəbi, 160 nömrəli Klassik Gimnaziya, 132-134 nömrəli lisey və İlyas Əfəndiyev adına Elitar gimnaziyada 22-26 sentyabr 2026-cı il tarixlərində tədris distant (məsafədən) formada təşkil olunacaq.