BSU “The Journal of Eastern Europe and Balkan Studies” jurnalının ilk sayını nəşr edib

1 Yanvar, 2026 - 16:30
BSU “The Journal of Eastern Europe and Balkan Studies” jurnalının ilk sayını nəşr edib

Bakı Slavyan Universiteti (BSU) tərəfindən təsis edilmiş beynəlxalq, resenziyalı akademik nəşr — “Şərqi Avropa və Balkan Tədqiqatları Jurnalı”nın (The Journal of Eastern Europe and Balkan Studies) ilk sayı nəşr olunub.

Universitetdən "Azərbaycan müəllimi"nə bildirilib ki, jurnal Slavyan və Balkan Araşdırmaları sahəsində elmi tədqiqatların inkişafına, həmçinin beynəlxalq akademik əməkdaşlığın genişləndirilməsinə xidmət edir. Nəşrdə Şərqi Avropa, Balkanlar və Slavyan dünyasına dair dilçilik, ədəbiyyat, mədəniyyət, tarix, geopolitika və regional tədqiqatlar istiqamətləri üzrə orijinal elmi məqalələr dərc olunur.
“Şərqi Avropa və Balkan Tədqiqatları Jurnalı” ənənəvi filoloji yanaşmaları müasir interdisiplinar metodlarla birləşdirən elmi platforma kimi fəaliyyət göstərir.

Jurnalın redaksiya heyəti Azərbaycanla yanaşı Türkiyə, Albaniya, Şimali Makedoniya, Polşa, Serbiya, Bolqarıstan və Moldovadan olan alimlərdən ibarətdir. İlk sayda Azərbaycan, Albaniya, Şimali Makedoniya, Serbiya və Yunanıstandan olan tədqiqatçıların məqalələri yer alıb.

Yeni nəşrin təsis edilməsi ilə BSU Slavyan və Balkan Araşdırmaları sahəsində beynəlxalq elmi platformanın formalaşmasına töhfə verməyi qarşıya məqsəd qoyur və alimləri jurnalın növbəti saylarında elmi məqalələrlə iştirak etməyə dəvət edir.

BSU “The Journal of Eastern Europe and Balkan Studies” jurnalının ilk sayını nəşr edib
BSU “The Journal of Eastern Europe and Balkan Studies” jurnalının ilk sayını nəşr edib