Bu ali təhsil müəssisələrində plan yerləri 100 faiz dolub – SİYAHI
I mərhələdən sonra tələbə qəbulu aparılan 41 mülki ali təhsil müəssisəsinin 12-də plan yerləri 100 % dolub.
Bu barədə "Azərbaycan müəllimi"nə DİM-dən məlumat verilib.
Həmin ali təhsil müəssisələri Azərbaycan Tibb Universiteti, Azərbaycan Dillər Universiteti, Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Turizm və Menecment Universiteti, Dövlət Gömrük Komitəsinin Akademiyası, Azərbaycan İlahiyyat İnstitutu, Azərbaycan Kooperasiya Universiteti, “Azərbaycan” Universiteti, Bakı Avrasiya Universiteti, Bakı Biznes Universiteti və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasıdır.




