Bu ərazilərdə şagird sıxlığının qarşısı müəyyən qədər alınıb

14 Sentyabr, 2026 - 16:03
Bu ərazilərdə şagird sıxlığının qarşısı müəyyən qədər alınıb

Binə, Xırdalan, Masazır kimi ərazilərdə məktəblərdə şagird sıxlığının qarşısı müəyyən qədər alınıb.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən məlumat verib.

Nazir qeyd edib ki, şagird sıxlığı həll edilməli məsələlərdəndir: “Məsələnin həlli üçün yeni məktəblər tikilməyə davam edir. Lakin bəzən valideynlər yaxınlıqdakı məktəbə yox, daha uzağa aparırlar. Ölkə üzrə bir neçə yüz məktəb var ki, 40-dan çox şagird var. Ona görə də sıxlıq ən böyük problemlərimizdən biri deyil”.