Bu gündən kolleclərə qəbul olanların qeydiyyatı BAŞLAYIR

19 Avqust, 2026 - 12:38
Bu gündən kolleclərə qəbul olanların qeydiyyatı

Bu gün saat 15:00-dan etibarən orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı prosesinə başlanılır.

"Azərbaycan müəllimi" xəbər verir ki, qeydiyyat prosesi my.gov.az platforması üzərindən 19 avqust saat 15:00 - 31 avqust saat 18:00 tarixləri aralığında həyata keçiriləcək.

Tələbə qəbulu üçün qeydiyyat yalnız my.gov.az platforması vasitəsilə aparılır. Şəkilsiz köhnə nəsil şəxsiyyət vəsiqəsi olan şəxslər my.gov.az-da qeydiyyatdan keçmək üçün şəxsiyyət vəsiqəsini yeniləməlidirlər.

15 yaşına çatmamış vətəndaşlar my.gov.az-da şəxsi kabinetlərini "SİMA rəqəmsal imza" ilə açmalıdırlar.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas təhsili müəssisəsinə göndərilməyəcək.