Bu gündən müəllimlərin işə qəbulu imtahanları başlayır
Bu gündən müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanları mərhəsinə start verilir.
“Azərbaycan müəllimi” xəbər verir ki, test imtahanları bu gün də daxil olmaqla, 4, 8-10 iyul tarixlərində ölkənin 19 şəhərindəki 44 imtahan mərkəzində təşkil ediləcək.


