Bu gündən müəllimlərin sertifikatlaşdırılması başlayır

18 İyun, 2025 - 10:10

Bu gün riyaziyyat, xarici dil, Azərbaycan dili və ədəbiyyat, rus dili və ədəbiyyatı fənləri üzrə müəllimlərin sertifikatlaşdırılması imtahanı keçirilir. 

“Azərbaycan müəllimi” xəbər verir ki, hamilə qadınlar, 3 yaşadək uşağa qulluğa görə sosial məzuniyyətdə olan və məzuniyyətdən qayıtdıqdan sonra bir ildən az müddətdə fəaliyyət göstərən qadın müəllimlər (uşağını təkbaşına böyüdənlər də daxil olmaqla), eləcə də ilk dəfə işə qəbul olunan müəllimlər üç il müddətində sertifikasiyadan azaddırlar.

Sertifikasiya imtahanında iştirak icbaridir. Lakin 60 yaşdan yuxarı müəllimlər üçün könüllü xarakter daşıyır. İmtahanda 51 və daha yüksək bal toplayan müəllimlərin aylıq əməkhaqqına 35 faiz həcmində əlavə ediləcək.

Qeyd edək ki, iyunun 19-da coğrafiya, 24-də biologiya və kimya, 25-də isə fizika və informatika müəllimləri üçün sertifikasiya imtahanı keçiriləcək.

Xatırladaq ki, bu il ilk dəfə olaraq coğrafiya, biologiya, kimya, fizika və informatika fənləri üzrə də sertifikasiya imtahanları təşkil olunacaq.